44-cü dairədə nə baş verir?

44-cü dairədə nə baş verir?

44 saylı Sumqayıt-Xızı seçki dairəsinin ən şanslı namizədi, 2010 və 2015-ci illərdə Sumqayıtı parlamentdə təmsil etmiş, iş adamı Hacı Salyevin namizdəliyini geri götürməsinin ardından keçmiş millət vəkili, Yurddaş Partiyasının sədri Mayıs Səfərli də geri çəkilib.

Həmin dairədə Yeni Azərbaycan Partiyasının namizədinin o qədər də populyar olmayan həkim Müşfiq Məmmədli olduğunu nəzərə alsaq, bu dairədə seçki proqnozu vermək qəlizləşir. Bununla belə, dairədə şansı yüksək görünən iki namizəd qalır: beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova və beynəlxalq səviyyədə uğurlar qazanmaqda olan yazıçı Varis Yolçiyev.

Öncədən Sumqayıt üzrə ən mürəkkəb dairələrdən biri kimi qiymətləndirilən dairədə, göründüyü kimi, əsas fiqurların mübarizədən çəkilməsi ilə də bu dairədə birmənalı favorit görünmür.

Hər halda, 44-cü dairədə görəsən hansı müəmmalar baş verir?

Cebhe.info