Azərbaycanda 2 kredit ittifaqının lisenziyası ləğv edildi

Azərbaycanda 2 kredit ittifaqının lisenziyası ləğv edildi

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 2 kredit ittifaqının lisenziyası ləğv edilib.

Bunlar Ağcabədi rayonundakı "Aran 2011" və Beyləqan rayonundakı "Mikroinvest" kredit ittifaqlarıdır.

Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 49-dan 47-yə düşüb, 2019-cu ildə lisenziyası ləğv edilmiş kredit ittifaqlarının sayı isə 12-dən 14-ə çatıb.

“Report” xatırladır ki, 2018-ci ildə Palata maliyyə bazarından 15 kredit ittifaqını kənarlaşdırmışdı.