Bakı metrosunda 2 manata maska satılır

Bakı metrosunda 2 manata maska satılır - VİDEO

Sosial şəbəkədə Bakı metrosunda bir şəxsin sərnişinlərə tibbi maska satması ilə bağlı görüntülər yayılıb.

Reader.az "axar.az"a istinadən xəbər verir ki, sərnişinlər həmin şəxsin maskanı iki manata satdığını bildiriblər.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin xəbərdarlığından sonra ölkədəki apteklər tibbi maskalarla təmin olunub.

Həmin maskalar apteklərdə 20 qəpiyə satılır.