Bakıda qadına qarşı soyğunçuluq edən şəxs tutuldu

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs tutuldu

Bakıda qadına qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da A.Sadıqovanın içərisində 1000 manat və 2 ədəd mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə almağa cəhd göstərən Bakı şəhər sakini Y.Miroşniçenko saxlanılıb.