“Barselona”nın yeni baş məşqçisi bilindi

“Barselona”nın yeni baş məşqçisi bilindi

İspaniyanın “Barselona” klubunun yeni baş məşqçisi məlum olub.

Kataloniya təmsilçisinin “sükan”ı Kike Setyenə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 62 yaşlı mütəxəssislə müddəti mövsümün sonuna qədər olan sözləşmə imzalanıb.

Son olaraq “Betis”i çalışdıran Setyen, “Barselona”da baş məşqçi postunda Ernesto Valverdeni əvəz edib.