Ədalət Əliyev Lider TV-dən getdi

Ədalət Əliyev Lider TV-dən getdi

Lider TV-nin prezidenti Ədalət Əliyev kanalı tərk edib. O, xidməti otağında olan şəxsi əşyalarını toplayaraq məkanı tərk edib.

Qeyd edək ki, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (“Teleradio”) ilə “Lider TV və Radio-Azərbaycan” MMC arasında növbəti məhkəmə prosesində “Teleradio” İB-nin “Lider TV”nin iflas elan olunması barədə iddiası təmin olunub. Əmlak inzibatçısı “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov təyin olunub.

Qərar 10-15 gün ərzində təqdim olunacaq.