Əməkdar artistdən etiraz dolu açıqlama
Əməkdar artistdən etiraz dolu açıqlama

Əməkdar artistdən etiraz dolu açıqlama

Əməkdar artist, Sumqayıt Dram teatrının aktyoru Cəlal Məmmədov Facebook sosial şəbəkəsində ölkədə sənətə dəyər verilməməsi ilə bağlı etiraz dolu status yazıb. 
Öncəki statusunda "Yoxdu bu ölkədə sənətə dəyər. Getmək lazım. Uzaqlaşmaq lazım" yazan C. Məmmədov daha sonrakı paylaşımında həmkarlarına səslənib.
Sitat:
"Diqqət!!! Bu yazdığım status yalnız peşəkar dublyajla məşğul olanlara aiddir.. Kimin nəsə etirazı varsa axmaq-axmaq danışmasınlar. Kim istəsə harda istəsə onunla söhbət etməyə hazıram. Azərbaycan Dövlət Televiziyasından başqa digər kanallarda işləyən aktyorlar... Əziz həmkarlarım 1 filmə görə 25 manata gedib beyninizi, zəkanızı,əsəblərinizi korlamayın... Özünüz özünüzə dəyər verin. Lap gündə 3 film dublyaj edib 75 manat qazandınız. Amma buna nə qədər əsəb və stress sərf etdiniz? . Onu düşünün. Getməyin. Haqqınızı tələb edin. Siz bilmirsiz axı nə qədər pul ayrılır, nə qədər vəsait sərf olunur. Sonda ən az pul qazanan aktyor olur. Bunu yazmaqda məqsədim kimisə qızışdırıb işindən etmək deyil. Onsuzda mənim daimi müqəddəs iş yerim var. Teatr.... Deyəcəksiz ki bəs orda niyə bir aya az məbləğə işləyirsən? Bəli, doğrudur. Amma az maaşa işləsəm də mən burda əsl sənətlə məşğulam... Yenə də ən çox teatr aktyorlarına səslənirəm. Amma teatrda işləməyənlərlə işim yoxdur..
Əziz aktyorlar.. Səsimə səs verin. Dayandırın dublyajı. Harda işləməyinizdən asılı olmayaraq.... Yenə də deyirəm Aztv istisnadır. Orda işləyənlər bilir ki başqa yerlərdən fərqlidir".