Gəncədə amansız qətl
Gəncədə amansız qətl

Gəncədə amansız qətl - Əmi qardaşının ailəsini bıçaqlayıb

Ağamirzə Əhmədov küçəsində 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu ailə münaqişəsi zəminində qardaşının həyat yoldaşı, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızını bıçaqla qətlə yetirib.

Qardaşının gəlini, 1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızına, qardaşının nəvələri - 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı və 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğluna bıçaqla xəsarətlər yetirib.

İlkin məlumata görə, hadisəyə səbəb M.Quliyevin qardaşı nəvəsinin boşanmasına etiraz etməsi olub.

Bu zaman tərəflər arasında mübahisə yaranıb.  M.Quliyev qardaşı arvadını bıçaqlayaraq qətlə yetirib. Qardaşı gəlini və nəvələri isə bıçaq xəsarəti alıblar.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.