Keçmiş məhkum 22 yaşlı şəxsi bıçaqla hədələdi

Keçmiş məhkum 22 yaşlı şəxsi bıçaqla hədələdi

Bakıda keçmiş məhkum quldurluq edib.

Hadisə yanvarın 13-də saat 15 radələrində, paytaxtın Binəqədi rayonunun S.Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü C.Əliyevə qarşı fiziki təzyiq göstərərək bıçaqla hədələyib, onun 30 manat pulunu quldurluq yolu ilə ələ keçirib.

Daha sonra 22 yaşlı gənc hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, 1990-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş V.İsmayılov saxlanılıb.

Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.