Otellər vəsiqənin kopyasını, idman zalları barmaq izini tələb edə bilməyəcək

Otellər vəsiqənin kopyasını, idman zalları barmaq izini tələb edə bilməyəcək

Şəxsi Məlumatların qorunması qanununa uyğun olaraq otellər gələn qonağın şəxsiyyət  vəsiqəsinin kopyasını tələb edə bilməyəcək. 

Unikal.org xəbər verir ki, Antaliyada bir çox 5 ulduzlu otellərdə kimlik tələb edirlər. Bunun da məqsədi təhlükəsizlik üçündür. Şübhəli halla qarşılaşarlarsa dövlətin güc orqanlarına məlumat verirlər. 

Ancaq qanuna əsasən heç bir halda soruşmadan və icazə almadan müştərinin şəxsiyyət vəsiqəsini kopyalaya bilməzlər. 

Bundan əlavə həmin qanuna əsasən hər hansı bir obyektdə kassada duran şəxslərin müştəridən mobil telefon nömrəsi, idman salonlarının barmaq izi , işə qəbul edənlərin isə din və irq kimi məlumatları istəmək səlahiyyəti yoxdur.

İnsanlar özləri istəsələr bu məlumatları paylaşa bilərlər. 

Qeyd edək ki, Müəssisə, üçüncü tərəflər tərəfindən paylaşılan bu məlumatları əldə etmək üçün məsuliyyət daşıyır və etibarlı şəkildə saxlamalıdır.