Qarpız kəsəndə bıçaq qarnına batdı

Qarpız kəsəndə bıçaq qarnına batdı

Gəncə şəhərində 46 yaşlı qadın yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, iyulun 8-də 1973-cü il təvəllüdlü, Gəncə şəhər sakini Baxşiyeva Sevda yaşadığı evin həyətində qarpız kəsərkən yıxılıb və nəticədə əlindəki bıçaq onun sağ qabırğa altı nahiyəsinə girib.

Faktla bağlı araşdırma aparılır.