Ronaldo “Çelsi”yə keçə bilər
Ronaldo “Çelsi”yə keçə bilər

Ronaldo “Çelsi”yə keçə bilər

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo London “Çelsi”sinə keçə bilər. “Qafqazinfo” bildirir ki, bu barədə “Marca” xəbər verib.

Nəşrin məlumatına görə, İngiltərə klubu portuqaliyalı forvarda 120 milyon avro təklif edə bilər.

Onun 2018-ci ilin yayında "Real Madrid"dən "Yuventus"a transferi 117 milyon avroya başa gəlmişdi. 

İtaliya çempionatının cari mövsümündə Ronaldo 22 matçda iştirak edib. Onun hesabında 21 qol və 3 məhsuldar ötürmə var. Futbolçunun “Yuventus”la müqaviləsi 2022-ci ilədəkdir.