“Sərt karantin Ermənistanı xilas etməyəcək” - Paşinyan
“Sərt karantin Ermənistanı xilas etməyəcək” - Paşinyan

“Sərt karantin Ermənistanı xilas etməyəcək” - Paşinyan

 

Ermənistanda yenidən sərt karantin rejiminin tətbiq edilməsi ölkəni xilas etməyəcək. Bunu ölkənin Baş Naziri Nikol Paşinyan deyib.

“Biz insana Respublika meydanına gəlməyi qadağan edirik, o isə qonşularına qonaq gedir. Meydanda o qorunub, çünki orada polislər işləyir, onlar onu maskası olmayacağı təqdirdə cərimələyəcək”, - hər kəsə polis nəfəri ayırmağının mümkünsüzlüyünü qeyd edən hökumət başçısı deyib.

Baş Nazir bildirib ki, sərt karantin rejimində yoluxanların sayı məhz belə mehriban qonşuluq əlaqələri səbəbindən artırdı. “İnsanlar şəhərə çıxmadıqları üçün darıxırdı, ona görə də evlərinə qonşularını dəvət edir, bir yerdə kofe içirdilər”, - o deyib.

“Gülafirəngilər - bu anda ən böyük koronavirus ocağıdır”, - “Sputnik Ermənistan” Baş Nazirin sözlərini sitat gətirir.

Bununla əlaqədar olaraq o, vətəndaşlara ictimai yerlərə maskasız getməməyi tövsiyə edib.