Sumqayıt yolunda "Gelandewagen" qəzaya düşdü

Sumqayıt yolunda "Gelandewagen" qəzaya düşdü

Abşeron rayonunda iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var.

Unikal.org xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Masazır qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.

Sumqayıt istiqamətində hərəkətdə olan 99-TK-253 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobil 99-SJ-424 dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı nəqliyyat vasitəsi ilə toqquşub. "Mercedes" də öz növbəsində dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində "Mercedes"də olan Samirə Ağayarova ağır bədən xəsarəti alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.

Sözügedən görüntüləri apa-ya istinadən təqdim edirik: