Tərtərdə sərxoş sürücü 40 yaşlı kişini vurub qaçdı

Tərtərdə sərxoş sürücü 40 yaşlı kişini vurub qaçdı

Tərtər rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bildirilir ki, hadisə rayonun Ələsgərli-Poladlı avtomobil yolunda baş verib.

Rayonun Mamırlı kənd sakini, 1974-cü il təvəllüdlü Əhmədov Hüseyn Tahir oğlu "NAZ-Lifan" markalı avtomobili sərxoş vəziyyətdə yüksək sürətlə idarə edərkən yolu keçən piyada, Poladlı kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Məhər Məhərrəm oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerindən qaçan sürücü saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələri ilə cinayət işi başlanılıb.