"Unibank"ın müştərilərinə yaratdığı problem həll olunubmu?
"Unibank"ın müştərilərinə yaratdığı problem həll olunubmu?

"Unibank"ın müştərilərinə yaratdığı problem həll olunubmu?

 

«Unibank»ın kartlarında yaranan problem aradan qaldırılıb.

Bu barədə bankın yaydığı məlumatda bildirilir. 

Qeyd edək  ki, yanvarın 6-da bəzi müştərilər «Unibank» kartlarındakı balanslarından vəsaitlərin silindiyini açıqlamışdılar. Bankdan veriən açıqlamaya görə, texniki işlərlə bağlıdır və yaxın vaxtlarda həllini tapacaq. Doğrudan da bir neçə saata məsələ həll olunub. Bankın bununla bağlı açıqlamasında bildirilir: 

«Hörmətli müştərilər!

Bir qədər əvvəl bəzi Unibank kartlarının balansında yaranan dəyişikliklər artıq həllini tapıb. Kartların balansı bərpa olunub.

Məsələyə operativ münasibət bildirən bütün müştərilərimizə təşəkkür edirik! Belə həssas məqamda məsələyə daha soyuqqanlı yanaşan və son anadək hər kəsin bankına güvənən, etibar edən və sosial şəbəkələrdə ədalətli mövqe nümayiş etdirən müştərilərimizə isə xüsusi minnətdarlıq bildiririk!»